Qırğızıstanın Xarici İşlər naziri koronavirusdan sağaldı

 

Qırğızıstanın Xarici İşlər naziri Çingiz Aydarbekov COVID-19-dan sağaldığını açıqlayıb.

paralel.az xəbər verir ki, XİN başçısı bu barədə “Facebook” səhifəsində məlumat verib.

“Sağalmışam. İmmun sistemi 11 gün temperatura qarşı mübarizə apardı. Allahın köməyi ilə bərpa prosesi baş verdi. Vaxtımız yoxdur, iş isə çoxdur”, -  deyə, Ç.Aydarbekov yazısında qeyd edib.

0.33996295928955