ABŞ-da qırıcısı təyyarə qəzaya uğradı

 

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “F-16” qırıcısı Nyu-Meksiko ştatında yerləşən aviabazaya eniş edərkən qəzaya uğrayıb.

“Fox News” telekanalı məlumat verir ki, pilot katapult edərək xilas olub.

Ona tibbi yardım göstərilib.

Hadisənin təfərrüatı araşdırılır.

Telekanal məlumat verir ki, bu, may ayından bu günə qədər baş verən beşinci oxşar hadisədir.

0.56042909622192