190 manata qarpız alıb qıran qardaşlar peşman olub - VİDEO

 

190 manatlıq birdəfəlik ödəməni alaraq onu nümayişkaranə şəkildə israfçılığa sərf edən qardaşlar peşman olduqlarını bildiriblər.

Onların bununla bağlı sosial şəbəkələrdə video yayıblar.

Ruslan və Coşqun Quliyevlər bildiriblər ki, dövlətin onlara verdiyi ödənişi düzgün istifadə etmədiklərini sonradan başa düşüblər:

“Qardaşımla birlikdə 190 manat haqqında bir video çəkmişdim və bu, insanlarda qıcıq yaratmışdı. Sonradan başa düşdüm ki, dövlətin mənə verdiyi ödənişi təyinatı üzrə düzgün istifadə etməmişəm, buna görə etdiyim əməldən peşmanam”.

Xatırladaq ki, 23 yaşlı Ruslan Quliyevin "Youtube" sosial şəbəkəsində 260 mindən çox abunəçisi var. O, qardaşı ilə birlikdə onlara verilmiş 190 manatlıq birdəfəlik ödənişə qarpız alıb, hamısını qıraraq video çəkiblər. Bu video izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb.

 

1.1300120353699