Kəndirbaz çayın üstündən keçdi və tutuldu - VİDEO

 

Rusiyanın Sankt-Peterburq şəhərində bir kişi çayı kəndir üstündə addımlayaraq keçib.

paralel.az xəbər verir ki, bununla bağlı “Instagram” səhifəsində video yerləşdirmiş bloqer Olqa Sotnikovanın sözlərinə görə, adı açıqlanmayan kəndirbaz riskli hərəkəti zamanı heç bir sığortadan istifadə etməyib.

Yerli mənbələr bildirir ki, çayın o biri sahilinə qədər kəndirin üzəri ilə addımlayaraq keçmiş ekstremal hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

 

0.42329597473145