25 yaşlı qız öz toyunda şoka düşüb öldü

 

Moskvanın cənubunda yerləşən restoranlardan birində keçirilən toy şənliyində gəlinin halı qəflətən pisləşib və o, hadisə yerində ölüb.

MK xəbər verir ki, 25 yaşlı qızın ölümünə toyda yediyi konfet səbəb ola bilər.

Mənbə bildirir ki, qızın fındığa qarşı anadangəlmə allergiyası olub.

Buna baxmayaraq, o, fındıqlı konfet yeyib və anafilaktik şok keçirib. Restorana çağırılan təcili yardım həkimləri gəlini özünə gətirə bilməyiblər və qız keçinib.

0.31987404823303