Türkiyə xalqından Azərbaycana dəstək: #SeninleyizAzerbaycan - FOTO

 

Məlum olduğu kimi, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Hazırda həmin istiqamətdə döyüşlər davam edir. 

Təbii olaraq, sosial şəbəkələrdə hazırda ən çox müzakirə olunan, paylaşılan mövzulardan biri Tovuzda baş verənlərdir.

paralel.az xəbər verir ki, döyüş xəttində baş verənlər təkcə azərbaycanlılar deyil, qardaş Türkiyə xalqı tərəfindən də həyəcanla izlənilir. “Twitter” sosial şəbəkəsinin türkiyəli istifadəçiləri bu məqsədlə həştəq yaradıblar: #SeninleyizAzerbaycan. 

Həştəq hazırda trenddə ilk sıralarda yer alıb. 
1.2605481147766