Qazaxda qəza: “Opel” yük maşını ilə toqquşdu

 

Qazax rayonunun Yuxarı Salahlı kəndində “Opel” markalı minik avtomobili və “Shacman” markalı yük avtomobili toqquşub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan bir nəfəri deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

0.62290811538696