Şəruru sel basıb: yollar və körpülər dağılıb - VİDEO

 

Şərur rayonunda sel suları yolları və körpüləri dağıdıb.

paralel.az xəbər verir ki, söhbət rayonun Dizə kəndindən gedir.

Ötən gün yağan yağışlar daşqınlara səbəb olub. Havuş və Axura dağlarından gələn sel Dizə kəndində yaşayış evlərinə ziyan vurub. Sel suları evlərin zirzəmisinə dolub.

Nəticədə kəndətrafı ərazilərə də ziyan dəyib. Kəndə gedən yollar, körpülər dağılıb. Sel suları yaşayış evləri ilə yanaşı, təsərrüfat sahələrinə də ciddi ziyan vurub.

İlkin məlumata görə, hələ də davam edən daşqınlarda ölən və yaralananlar olmayıb.

 

0.62164783477783