Güclü yağış daşqınlara səbəb oldu: Qobustana sel gəldi - VİDEO

 

Qobustanım Poladlı kəndində güclü sel ciddi fəsadlar törədib.

Baku.tv xəbər verir ki, bu gün günorta saatlarında başlayan güclü leysan ardınca gələn sel suları Pirsaat çayında daşqınlara səbəb olub.

Hadisə zamanı yoldan keçən avtomobili sel aparıb. Xoşbəxtlikdən sürücü ətrafdakı insanların köməyi ilə canını xilas edə bilib.

Güclü sel kənd evlərinə dolub, həyətyanı sahələr sel sularının altında qalıb. Sel kəndlilərin bostan sahələrinə və nar bağlarına ciddi ziyan vurub.

Əraziyə FHN-in əməkdaşları cəlb olunub. Hazırda təbii fəlakətin kəndə vurduğu ziyan hesablanır.

 

0.58569598197937