Aya Sofyanın məscidə çevrilməsi rəsmiləşdi: Ərdoğandan “Xeyirli olsun” mesajı - FOTO

 

Türkiyənin İstanbul şəhərində yerləşən məşhur Aya Sofya muzeyinə rəsmi olaraq məscid statusu verilib.

“Haber Global” xəbər verir ki, məbədin muzeyə çevrilməsi ilə bağlı Nazirlər Kabinetinin 24 noyabr 1934-cü il tarxili qərarı ləğv edilib.

Bildirilib ki, Aya Sofya “Fatih Sultan Mehmet Han” vəqfinin mülkiyyətindədir və məscid olaraq ictimaiyyətin xidmətinə təqdim edilib.

Prezident Rəcəb Tayyib Ərdoğan da məhkəmə qərarını təsdiqləyib.

Ərdoğan Aya Sofyanın Din İşləri Komitəsinin tabeliyinə verilərək ibadətə açılması ilə bağlı qərarı “xeyrili olsun” yazaraq sosial şəbəkədə paylaşıb.

 

1.111212015152