Qubada maşın piyadanı vuraraq öldürüb - FOTO

 

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın verdiyi məlumata görə, hadisə Quba-Xaçmaz yolunun Alekseyevka kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Quba rayon sakini Mahir Yadigarov idarə etdiyi 10 ML 918 dövlət nömrə nişanlı nəqliyyat vasitəsilə piyada, 1956-cı il təvəllüdlü Ağarzayev Şakir Cərulla oğlunu vurub.

Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

 

0.20723819732666