Boyu iki metrdən çox olan qadın həddindən artıq uzun ayaqlarından danışdı - FOTO

 

ABŞ-ın Çikaqo şəhərində yaşayan monqolustanlı Rensenhorlu Bad həddindən artıq uzun və arıq ayaqları ilə həyat barədə danışıb.

Bu barədə “Daily Mail” xəbər yayıb.

Boyu iki metrdən hündür olan qızın ayaqlarının uzunluğu 134,1 sm-dir. O, uzun ayaqlarından nəinki utanmır, hətta açıq-saçıq geyimləri, o cümlədən, qısa şortlarla qeyri-adi bədən quruluşunu nümayiş etdirir.

Bununla belə, uzun boyu ona müəyyən narahatlıqlara səbəb olur: Boyuna müvafiq geyim və ayaqqabı seçmək çətinlik yaradır.

Qeyd edək ki, qızın valideynləri də uzun boyları ilə seçilirlər: Atası iki metrdən bir az hündürdür, anasının boyu isə 185 sm-dir.

 

 

0.53357195854187