AQTA 95 müəssisədə qayda pozuntusu aşkarladı - SİYAHI

 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakıda, eləcə də, regionlarda fəaliyyət göstərən 51-i ictimai iaşə obyekti, 110-u ərzaq satışı mağazası olmaqla, ümumilikdə 161 müəssisədə reyd keçirib.

AQTA-dan verilən məlumata görə, sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən obyektlərdən 95-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb.

Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır:

Bakı şəhəri üzrə:

“Cavid”, “Oba”, “Neptun” (Tbilisi prospekti), “Neptun” (C.Məmmədquluzadə küçəsi), “Sweet home”, “Ucuz”, “Ailə”, “Dadaş”, “Elnur”, “Möcüzə”, “Qarabağ” marketləri, Novruzov Adil Ağabala oğluna, Aslanova Fatimat Əhməd qızına, Hüseynova Xuraman Güloğlan qızına, Quliyeva İradə Kamal qızına, Əliyeva Şəfəq Hüseynağa qızına, Eyyubov Rüstəm Nüsrət oğluna, Kazımova Humay Fəttah qızına, İmanov Fikrət Şahbala oğluna, Əliyeva Sənubər Tanrıverdi qızına, Vəliyev Sənan Məhiyəddin oğluna məxsus ərzaq mağazaları, “İnkişaf-İnvest İstehsalat Kommersiya” firmasına məxsus 28 May bazarı, "Sabunçu-Bazar" ASC-yə məxsus 5 saylı Kolxoz bazarı, "Çamaşırxana kombinatı" ASC-yə məxsus Kəndli Yarmarkası, "Əlincə A" MMC-yə məxsus Biləcəri bazarı, "Təbriz" kiçik müəssəsinə məxsus Keşlə bazarı, "Ticarət mərkəzi-6" ASC-yə məxsus 6 saylı bazar, Paşayev Adil Süleyman oğluna məxsus 15 saylı bazar, "Sahil Ticarət" MMC-yə məxsus Sahil bazarı, "Qaya M LTD" MMC-yə məxsus Yaşıl bazar, "Şamxal" kiçik müəssisəsinə məxsus Binə bazarı, "Xəyal" Ticarət mərkəzində fiziki şəxs Rəcəbli Xəyal Fikrət oğluna məxsus Maştağa bazarı, “Nəzrin-E” MMC-yə məxsus bazar, “Kəngərli” firmasına məxsus bazar, "Suraxanı-Bazarı" ASC-yə məxsus Suraxanı bazarı, "Vüqar-2" firmasına məxsus bazar;

Digər şəhər və rayonlar üzrə:

Sumqayıt şəhərində “Araz Supermarket”, “Bakı” və “Stop” ərzaq mağazaları;

Quba rayonunda Rzayeva Gülüstan Mirsaleh qızına məxsus market, Əfruz Rövşən Sevda Murtuz qızına məxsus şirniyyat mağazası, Məmmədov Zöhrab Əhmədağa oğluna və Səfərəliyev Nazim Kazım oğluna məxsus kafelər;

Salyan rayonunda “Səma”, “Bərəkət” və “Mini” marketləri, İsmayılova Sevindik Əvəzağa qızına məxsus kafe;

İsmayıllı rayonunda “Qoşa bulaq”, “434”, “Azad”, “Final” marketləri, Adıgözəlov Murad İlham oğluna məxsus ət satışı mağazası, “Kəndimiz” və Ağayev Elşən Məhəbbət oğluna məxsus kafelər;

Göyçay rayonunda “Bolluq”, “Ruzi” marketləri, Qasımov Rəşad Çingiz oğluna, İsmayılov Ağababa Məhəmməd oğluna məxsus ərzaq mağazaları, Nəzərov Şahsuvar Eldəniz oğluna məxsus kafe, İbadov Babək Abdulla oğluna məxsus şirniyyat mağazası;

Ağsu rayonunda Həsənov Rəşad Tahir oğluna məxsus kafe;

Kürdəmir rayonunda “Ehtiram”, “Nasir” və “İbrahim” ərzaq mağazaları;

Masallı rayonunda Cavadova Zərifə Mehrab qızına məxsus “Yağmur” marketi;

Bərdə rayonunda “Bolmart” və “Oba” marketləri;

Balakən rayonunda Qasımova Adilə Ramiz qızına məxsus ərzaq mağazası;

Oğuz rayonunda Əzizov Fərid Natiq oğluna məxsus ərzaq mağazası;

Şəki şəhərində Məmmədov Xəqani Qurban oğluna, Alxasov İsgəndər Elman oğluna, Qaragözov Akif Əli oğluna məxsus ərzaq mağazaları;

Naftalan şəhərində Bayramov Cavid Xaləddin oğluna və Quliyev Rasim Allahverdi oğluna məxsus marketlər;

Gəncə şəhərində “Meqa Store” ərzaq mağazası;

Tovuz rayonunda “Mehdi”, “Qardaşlar”, “Samirə”, “Azad”, “Əli”, “Qarabala”, “Bahar” və “Yunis” ərzaq mağazaları, “Tovuz”, “Yeni Həyat”, “Nuş olsun”, “Ocaq” kafeləri;

Ucar rayonunda “Real”, “Nur”, “Mega”, “Mini” marketləri və Cəfərov Seymur Məhəmməd oğluna məxsus ərzaq mağazası, “Tonqal”, “4 yol” və Abdullayev Yusif Cəmil oğluna məxsus kafelər.

Qeyd edək ki, AQTA Bakıda, eləcə də, regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.

0.26081013679504