Yaxın illərdə yeni koronavirus yayılacaq - XƏBƏRDARLIQ

 

Növbəti on il ərzində heyvandan insana ötürüləcək yeni koronavirus ştammı meydana çıxacaq.

“The Straits Times”ın məlumatına görə, bu barədə Sinqapurdan olan alimlər xəbərdarlıq ediblər.

Yoluxucu xəstəliyin dəqiq baş verəcəyi vaxt və bunun nə qədər ciddi olacağı barədə dəqiq bir söz deyilməyib.

Alimlər Sars-CoV-2-nin insanlardan heyvanlara ötürülə biləcəyindən və bir müddət sonra mutasiya edərək, geri qayıdacağından ciddi narahatlıqlarını da ifadə ediblər.

Elm adamları koronavirusa yoluxanların sayının rəsmi məlumatlardan on dəfə çox ola biləcəyini də vurğulayıblar. Onların sözlərinə görə, yoluxmuşların real sayını öyrənməyin yeganə yolu anticisimlərlə bağlı analizlərin aparılmasıdır.

1.3234920501709