Azərbaycan OPEC+ sazişinə qoşulan ölkələrin sayının artmasında maraqlıdır

 

Energetika naziri Pərviz Şahbazov neft hasilatının azaldılmasına dair OPEC+ sazişinə qoşulan ölkələrin sayının genişləndirilməsi ilə bağlı çağırış edib.

Bu barədə TASS agentliyi məlumat yayıb.

“Neft bazarındakı sabitlik bütün iştirakçıların maraqlarına cavab verir. Bu baxımdan, digər istehsalçı ölkələrin OPEC+ formatına cəlb edilməsini vacib sayıram”, - deyə nazir “Valday” Beynəlxalq Diskussiya Klubunun konfransında qeyd edib.

P.Şahbazov əlavə edib ki, Azərbaycan OPEC+ sazişi çərçivəsində öz öhdəliklərini yerinə yetirməyə davam etmək niyyətindədir.

“Azərbaycan öhdəliklərə sadiqliyini təsdiqləyir və neft bazarında sabitliyin təmin olunmasında fəal rol oynamağa davam edəcək”, - deyə P.Şahbazov vurğulayıb.

P. Şahbazov hesab edir ki, neftə olan tələbatın böhrandan əvvəlki səviyyədə bərpası ən azı iki il çəkə bilər.

0.20783090591431