Həyat yoldaşı irqçilik edən futbolçunun müqaviləsinə son qoyuldu

 

ABŞ-ın “Los Angeles Galaxy” klubu həyat yoldaşı sosial şəbəkə hesabında irqçi paylaşımlar edən futbolçu Aleksandr Katayinin müqaviləsini pozub.

Bu barədə “Haber Global” məlumat yayıb.

Futbolçunun müqaviləsi qarşılıqlı qaydada ləğv edilib.

Qeyd edək ki, futbolçunun həyat yoldaşı polisin etirazçıların üzərinə maşın sürməsi görüntülərini paylaşıb və “hamısını öldürün” yazıb.

0.40063405036926