Qonşularımız koronavirusa qarşı vaksini bir yerdə hazırlayacaq

 

Rusiya və Türkiyə koronavirus peyvəndi üzərində birgə çalışacaqlar. Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca rusiyalı həmkarı Mixail Muraşko ilə danışıqlardan sonra “Twitter” hesabında bildirib.

Kocanın sözlərinə görə, rusiyalı həkimlər Türkiyədə istifadə olunan COVID-19 müalicəsinin effektivliyini qeyd edirlər. Buna görə Rusiya və Türkiyə Səhiyyə Nazirliyi ilə əməkdaşlıq edən qurumlar artıq dərmanı birlikdə hazırlayacaqlar.

Rusların koronavirusa qarşı kütləvi peyvəndi payızda başlaya bilər.

0.13515400886536