Rusiyada olan azərbaycanlılar üçün çətin dövrlər başlayır

 

Koronavirus pandemiyasından sonra Rusiyada miqrantların xidmətindən kütləvi şəkildə imtina oluna bilər.

Bu barədə Rusiyanda HR mütəxəssisi Qalina Romanova “Mir 24”ə bildirib.

Ekspertin sözlərinə görə, pandemiyadan sonra iqtisadi çətinliklərlə əlaqədar miqrantların məşğul olduqları sahələrdə yerli vətəndaşlar özləri işləyəcəklər. 

Qeyd edək ki, Azərbaycandan Rusiyaya gedən və orada işlərini quran vətəndaşların sayı az deyil.

Bundan əvvəl “Sputnik” COVID-19 pandemiyasının Rusiyadan MDB ölkələrinə və Gürcüstana köçürmələrin həcminə əhəmiyyətli dərəcədə təsir göstərdiyini bildirmişdi.

Cədvələ əsasən, Azərbaycana ötən il adambaşına təxminən 338 dollar olmaqla, ümumilikdə 999 milyon dollar edilib. Bu il isə bazarda pul transferlərində azalma müşahidə olunub.

0.47504782676697