Bakıda əməliyyat olunan doqquz yaşlı uşaq xəstəxanada öldü

 

Bakıda əməliyyat olunan azyaşlı xəstəxanada ölüb.

Trend-in məlumatına görə, hadisə 1 saylı Kliniki Tibbi Mərkəzdə baş verib.

Mərkəzin Uşaq Cərrahiyyə Şöbəsində Bakı şəhər sakini, 2011-ci il təvəllüdlü Emin Abdullayev kəskin appendisit diaqnozu ilə cərrahiyə əməliyyatı olunaraq, reanimasiya şöbəsinə yerləşdirilib.

Göstərilən tibbi yardımlara baxmayaraq, E.Abdullayev ölüb.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

0.12985420227051