Azərbaycanda kişi kafedə qətlə yetirildi

 

Biləsuvar rayonunda qətl hadisəsi törədilib.

Report-un məlumatına görə, hadisə gecə saatlarında şəhər ərazisində yerləşən kafelərdən birində qeydə alınıb.

İlkin məlumata görə, şəhər sakini, 1984-cü il təvəllüdlü Rzayev Rəşad Cəlil oğlu bıçaq zərbəsi ilə qətlə yetirilib.

Məlumata görə, bıçaq qarın boşluğuna nüfuz edib və R.Rzayev qanitirmədən yerindəcə keçinib. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

0.39318513870239