“Azərkontrakt”da əməkhaqları daxili imkanlar hesabına artırıldı

 

“Azərkontrakt” Səhmdar Cəmiyyətində əməkhaqları daxili imkanlar hesabına artırılıb.

Bu barədə paralel.az-a “Azərkontrakt” Səhmdar Cəmiyyətinin sədr müavini Güləddin Dadaşov bildirib.

O qeyd edib ki, ölkəmizin iqtisadi qüdrəti artdıqca Azərbaycan Prezidentinin müvafiq fərman və sərəncamları ilə əhalinin sosial şəraitinin yaxşılaşdırılması üçün mühüm tədbirlər həyata keçirilir:

“İqtisadi siyasətin inamla həyata keçirilməsi sayəsində Azərbaycanda davamlı olaraq əməkhaqları, pensiyalar, sosial müavinətlər, təqaüdlər artırılır.

Əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəldilmiş dövlət siyasətinə uyğun olaraq, “Azərkontrakt” Səhmdar Cəmiyyətinin müvafiq əmrinə əsasən, işçilərin hər birinin aylıq əməkhaqqı daxili imkanlar hesabına 20 faiz artırılıb”.

0.14234614372253