ABŞ-dakı etirazlara “Anonymous” haker qrupu da qoşuldu

ABŞ-da qaradərili vətəndaş Corc Floydun polis zorakılığı nəticəsində ölümü ilə bağlı etirazlara məşhur “Anonymous” haker qrupu da qoşulub.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

Artıq qrup Minneapolis şəhərinin polis idarəsinin rabitə sistemlərini və internet saytını ələ keçirib.

Xatırladaq ki, bir qədər əvvəl “Anonymous” haker qrupu “Bizi gözləyin” şüarı ilə Corc Floydun ölümünə etiraz əlaməti olaraq haker hücumları təşkil edəcəyini anons etmişdi.

0.1069598197937