Afroamerikalının ekspertizasının nəticələri: Boğulmadan deyil, zəhərlənmədən ölüb

ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində afroamerikalı Corc Floyd boğulmadan deyil, işemiya, hipertoniya və intoksikasiya (zəhərləyici (toksiki) maddələrin orqanizmə təsirindən əmələ gələn patoloji hal) nəticəsində ölüb.

“Daily Mail”in məlumatına görə, bu barədə Minnesota ştatının Hennepin dairəsinin məhkəmə tibbi ekspertlərinin rəsmi rəyində bildirilib.

Vəkil Floyd Bencamin Kremp iddia edir ki, məhkəmə hesabatında polisin qəsdən güc tətbiq etməsi barədə ümumiyyətlə danışılmayıb, halbuki asayiş keşikçilərindən biri ən azı səkkiz dəqiqə qaradərili kişini boğmuşdu.

Vəkilin sözlərinə görə, mərhumun ailəsi ikinci dəfə tibbi-məhkəmə ekspertizasının aparılması üçün müstəqil mütəxəssislər cəlb ediblər.

Qeyd edək ki, Minneapolis şəhərində polis qaradərili Corc Floydu saxlayarkən amansız hərəkətlərə yol verib. Həbs zamanı ağır çəkili polis əməkdaşı dizi ilə yerə yıxılmış C.Floydun boyun nahiyəsinə təzyiq edib. C.Floyd nəfəs ala bilmədiyini desə də, asayiş keşikçisi buna əhəmiyyət verməyib. Nəticədə, afroamerikalı boğularaq ölüb. Bundan dərhal sonra hadisənin baş verdiyi şəhərdə etiraz aksiyaları başlayıb.

0.44574999809265