Avropa ölkələrindən ABŞ-ın İrana qarşı sanksiyaları aradan qaldırmasına reaksiya

Avropa İttifaqı, Fransa, Almaniya və Böyük Britaniya, ABŞ rəhbərliyinin İrana nüvə sazişi çərçivəsində verdiyi bütün sanksiyaları sonlandırma qərarına reaksiya verib.

“Anadolu” agentliyi xəbər verir ki, bu barədə birgə açıqlama hazırlanıb.

İranın nüvə sazişinə dair üç layihə üçün sanksiya tətbiq edilməsinə son qoyulması qərarının təəssüf doğurduğu bildirilir.

Sözügedən lahiyələrin nüvə silahının yayılmasının qarşısını almaqla bərabər, İranın dinc nüvə fəaliyyətinə dair beynəlxalq birliyə zəmanət verdiyi qeyd edilir.

ABŞ-ın qərarın təsirlərini dəyərləndirmək məqsədilə tərəfdaşlarla təmas qurması vurğulanır.

0.41273880004883