Tramp hərbçiləri Minneapolisə göndərə bilər

ABŞ hərbçiləri etirazlarla əlaqədar qısa zamanda Minneapolisə göndərilə bilər. Bunun üçün yerli hakimiyyət sorğu göndərməlidir. 

TASS məlumat verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp jurnalistlərə bildirib.

"Onlar (yerli hakimiyyət) sərt və ağıllı olmalıdır. Bizim hərbçilərimiz hazırdır. Əgər onlar stəsələr, hərbçilər çox tez həmin ərazidə ola bilərlər, ", - Tramp deyib.

Qeyd edək ki, afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsi ilə əlaqədar Minneapolisdə kütləvi etirazlar və iğtişaşlar davam edir. 

0.436203956604