Ötən il Rusiyadan Azərbaycana köçürülən pulun həcmi açıqlandı – CƏDVƏL

 

 

COVID-19 Rusiyadan MDB ölkələrinə və Gürcüstana köçürmələrin həcminə əhəmiyyətli dərəcədə təsir göstərib.

Bu barədə “Sputnik” xəbər yayıb.

Cədvələ əsasən, Azərbaycana ötən il adambaşına təxminən 338 dollar olmaqla, ümumilikdə 999 milyon dollar pul transfer edilib.

Bu il isə bazarda pul transferlərində azalma müşahidə olunub.

Ən əhəmiyyətli azalma aprel ayında yaşanıb - 50%. May ayındakı eniş isə artıq 25-30% səviyyəsindədir.

Köçürmələrin böyük hissəsi miqrantlar tərəfindən həyata keçirilir, onların əksəriyyəti isə aprel ayında iş yerlərini itiriblər.

 

0.42752194404602