Oğlu əlindən tutdu, arvadı ilə qızı isə boğub öldürdü

Qadın 15 yaşlı qızını zorlamaq istəyən ərini naqillə boğub. Anaya bu qətldə uşaqları kömək edib.

“Indian Express”in məlumatına görə, dəhşətli hadisə Hindistanda baş verib.

Məlumata görə, evə içkili gələn 46 yaşlı kişi arvadı ilə dalaşıb, sonra isə yeniyetmə qızını zorlamaq istəyib. Bundan sonra qadının 20 yaşlı oğlu kişinin əllərindən tutub, qadın və qızı isə təcavüzkarı naqillə boğub.

Məlumata görə, kişi digər qızına qarşı 2014-ü ildə də eyni hərəkəti etməyə çalışıb. Həmin vaxt o, həbs olunsa da, altı aydan sonra buraxılmışdı. Bundan sonra qız intihar etmişdi.

Kişi həmçinin öz baldızını da zorlamağa cəhd edib. 

0.14909410476685