Goranboyda qadını ilan sancıb

Goranboyda qadını ilan sancıb. 

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb.

Kənd sakini, 1971-ci il təvəllüdlü Musayeva Rəsmiyə Nəsib qızı ilansancma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal qadına ilan zəhəri əleyhinə zərdab vurulub. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, hadisə R.Musayevanın ailəsinə məxsus təsərrüfatda baş verib.

0.13890099525452