Aeroport şossesində yolun ortasında dayanmış avtomobilə başqası çırpıldı, xəsarət alanlar var - FOTO

Sabunçu rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

paralel.az xəbər verir ki, qəza aeroport şossesində qeydə alınıb.

Məlumata görə, “Merecedes” markalı avtomobil hərəkətdə olan zaman nəqliyyat vasitəsində nasazlıq yaranıb. Sürücü avtomobili yol ortasında saxlayıb. Bu zaman arxadan gələn və Tural adlı şəxsin idarə etdiyi “Renault” markalı avtomobil “Mercedes”ə çırpılıb.

Qəza nəticəsində “Renault”un sürücüsü və Tərlan adlı sərnişin xəsarət alıb.

Əraziyə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli

0.15939283370972