Bu gün Türkiyədə koronavirusdan daha 30 nəfər ölüb

Bu gün Türkiyədə koronavirusdan daha 30 nəfər vəfat edib. 

Bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca sosial media hesabında məlumat verib. 

Məlumatda deyilir ki, son sutka ərzində koronavirusa yoluxma ilə bağlı aşkar edilmiş halların sayı  1182 olub. Bununla da yoluxanların ümumi sayı 160 979-a çatıb.Ölənlərin ümumilikdə sayı isə 4 461 nəfərdir.  

 

0.41791987419128