Bakıda kişi gözəllik salonunda işləyən həyat yoldaşını öldürdü

Bakı şəhərinin Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsində qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü Qasımova Nuranə işlədiyi gözəllik salonunda əri tərəfindən bıçaqlanıb. Hadisə yerinə təcili yardım briqadası gəlsə də, qadının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

0.13769102096558