Şəmkirdə avtomobil qaçıran şəxs tutuldu - FOTO

 

 

Mayın 26-sı axşam saatlarında Şəmkir rayon Keçili kənd sakini Pərvin Quliyev Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, həmkəndilisi Sənan Məmədlinin onun başına taxta parçası ilə vuraraq “Daewoo Nexia” markalı avtomobilini qaçırdığını bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, dərhal Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində S.Məmmədli qaçırdığı avtomobil ilə rayon ərazisində saxlanılaraq, RPŞ-yə gətirilib. Saxlanılan şəxs ifadəsində hadisəni içkili halda törətdiyini, avtomobili qaçırmaq fikrinin olmadığını bilidirib. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

0.65100717544556