Kəmalə Ağazadə: “Atası tərəfindən bıçaqlanan 11 yaşlı uşaqla bağlı bizə müraciət olunsa...” - FOTO

 

 

“Atası tərəfindən başından bıçaqlanan 11 yaşlı uşaqla bağlı bizə müraciət olunsa, onu qəbul edib, hüquqlarını müdafiə edərik”.

Bu sözləri paralel.az-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib:

“Hesab edirəm ki, həmin atanın zərərli vərdişləri var. Uşağı dilənməyə vadar edib. Balaca etiraz etdiyi üçün bu cür işgəncəyə məruz qalıb. Çox təəssüf edirəm ki, bu gün sığınacaqdakı uşaqların əksəriyyətinin bədənində, üzündə bu kimi çapıqlar, yaralar var. Onların əksəriyyəti diləndirilən, təzyiqlərə məruz qalan uşaqlardır.

Bu “valideynlər” dilənçiliyi uşaqlar vasitəsilə özlərinə qazanc mənbəyi edirlər. Əsasən də Roman qrupundan olan qaraçılarda bu müşahidə edilir”.

Xatırladaq ki, hadisə paytaxtın Suraxanı rayonunun Xanlar Ələkbərov küçəsində qeydə alınıb. Sözügedən küçədə yaşayan İsmayılov Fikrət Hüseynqulu oğlu övladı - 2009-cu il təvəllüdlü İsmayılov Canəlinin baş nahiyəsinə yumruq və bıçaqla xəsarətlər yetirib. F.İsmayılov saxlanılıb, uşaq isə ailədən alınaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinə yerləşdirilib.

 

Könül Cəfərli 

0.12838101387024