Jurnalistlərin binasındakı mənzillər satışa çıxarıldı - FOTO

 

 

Respublika Baş Prokurorluğu “Jurnalistlər Binası” ilə bağlı araşdırmaya başladıqdan sonra sakinlər tərəfindən mənzillərin satışa çıxarılması prosesi sürətlənib.

“Yeni Sabah” xəbər verir ki, son günlərdə həmin binadan bir neçə mənzil sahibi tərəfindən satılır. Mənzillərin bəziləri ilə bağlı satış elanları alqı-satqı saytlarına yerləşdirilib.

Xatırladaq ki, jurnalistlər üçün nəzərdə tutulan mənzillərin ədalətsiz bölgüsü ilə bağlı Prezident İlham Əliyevə müraciət edən bir qrup media işçisi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılıb. Müraciətə imza atan 31 media işçisi ayrı-ayrılıqda idarədə dindirilir.

Korrupsiya idarəsinə çağırılan jurnalistlər prezidentin sabiq köməkçisi Əli Həsənov, KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərli və Mətbuat Şurasının sədri Əflatun Amaşova cinayət işinin başlanılmasını istəyirlər.

 

0.15774393081665