Merkel: “Pandemiyanın hələ başlanğıcındayıq”

 

 

Almaniya kansleri Angela Merkel ölkəsinin koronavirus pandemiyasının hələ başlanğıcında olduğunu deyib.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

O bildirib ki, müalicə üçün peyvənd və ya dərman yoxdur:

“Ancaq vəziyyətə daha yaxşı nəzarət edə bildik. Yenə də çox ehtiyatlı və diqqətli olun!”

A.Merkel əyalət rəhbərlərindən sosial məsafə qaydalarının məcburiyyət olaraq davam etdirilməsini istəyib:

“Sosial məsafə yalnız tövsiyə olaraq qalırsa və ayrı-ayrı insanlar buna əməl etmirlərsə, digərləri üçün təhlükə yaranır. Sosial məsafəni borc hesab edirəm”.

O əlavə edib ki, infeksiya sürətlə və yenidən yayılacaq.

Qeyd edək ki, Almaniyada karantin məhdudiyyətləri iyun ayının 29-dək uzadılıb.

0.14691996574402