Goranboy sakinini kafedə it dişlədi - VİDEO

 

 

Goranboyda 31 yaşlı kişini it dişləyib. 

paralel.az xəbər verir ki, hadisə rayonda fəaliyyət göstərən kafelərdən birində baş verib. 

Rayon sakini 31 yaşlı Vüqar Rəhimov kafedə olarkən qəfildən itin hücumuna məruz qalıb. 

İt Vüqar Rəhimovun əl və qol nahiyələrinə xəsarət yetirib. 

Zərərçəkən Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vüqar Rəhimova ilkin tibbi yardım göstərilib, quduzluq əleyhinə dərman vurulub. Vəziyyəti kafi qiymətləndirilir.

0.37028884887695