Yeni doğulmuş körpələrini səhvən diri-diri dəfn etdilər

 

 

Hindistanın Qucarat ştatında valideynləri səhvən yeni doğulmuş körpəni diri-diri dəfn ediblər.

Bu barədə “The Indian Express” nəşri məlumat yayıb.

Ertəsi gün yoldan ötən biri təsadüfən körpə səsi eşidib. Həmin şəxs ətrafdakıları köməyə çağırıb. Uşaq qəbirdən çıxarılıb və xəstəxanaya çatdırılıb. Həkimlər uşağı dərhal tanıyıblar. Çünki qısa zaman əvvəl onun doğuşunu qəbul ediblər.

Qeyd olunur ki, körpə nəzərdə tutulan vaxtdan 2,5 ay erkən dünyaya gəlib. Xəstəxanada yeni doğulmuş körpələr üçün reanimasiya şöbəsi olmadığına görə, tibb işçiləri onun valideynlərinə özəl klinikaya müraciət etməyi məsləhət görüblər.

Körpənin valideynlərinin sözlərinə görə, yolda qızları hərəkət etməyi dayandırıb və onlar uşağın öldüyünü düşünərək, körpəni dəfn ediblər.

Xilas edilən uşaq xəstəxanaya çatdırılsa da, 30 saatdan sonra həyatını itirib.

0.23636293411255