Bakıdan daha 24 nəfər gəmi ilə Qazaxıstana yola salındı

COVID-19 pandemiyasının yayılma təhlükəsi səbəbindən sərnişinlər üçün sərhədlərin bağlanmasına görə, Azərbaycanda qalan daha 18 Qazaxıstan vətəndaşı və bu ölkədə yaşamaq hüququ olan altı Azərbaycan vətəndaşı bu gün Qazaxıstana yola salınıb.

Bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC məlumat yayıb. 

Qeyd olunub ki, sərnişinlər “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Professor Gül” bərə-gəmisi ilə yola salınıb. 

Xatırladaq ki, mayın 20-də 35 Qazaxıstan vətəndaşı və 8 xarici ölkə vətəndaşı Bakı Limanından yola salınıb. 

Cari il mayın 13-dən Qazaxıstanda karantin dövründə sərhədin keçilməsinə dair yeni qaydalar qüvvəyə minib, bu səbəbdən Kurık limanı ölkə vətəndaşları və ölkədə yaşamaq icazəsi olan xarici vətəndaşların qəbulunu bərpa edib. 

0.37964200973511