Cəlilabadda liseyin həyətindən meyit tapıldı - KORONAVİRUS ŞÜBHƏSİ

Cəlilabad rayonunda kişi meyiti tapılıb.

Report-un məlumatına görə, meyit rayonun Göytəpə şəhərində yerləşən Peşə Liseyinin həyətində aşkar edilib.

Hazırda meyitin kimliyi və hadisənin necə baş verdiyi müəyyənləşdirilir.

Həmin şəxsin koronavirusdan ölüb-ölmədiyini dəqiqləşdirmək üçün meyitdən analiz götürülüb.

0.1915020942688