Şamaxıda bədbəxt hadisə: Ölən var

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Şamaxı rayonunda bina inşası zamanı qaldırıcı kranın aşması nəticəsində baş verən bədbəxt hadisə ilə bağlı açıqlama verib.

TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva paralel.az-a açıqlamasında bildirib ki, mayın 25-i səhər saatlarında Şamaxı rayonunda iş şəraitində ehtiyatsızlıqdan hündürlükdən yıxılma nəticəsində iki nəfər xəsarət alıb:

“Onlardan birinin xəsarətləri ağır olduğundan Bakıya əməliyyata gətirilərkən vəfat edib. Digəri isə Şamaxı Rayon Mərkəzi Xəstəxanasında əməliyyat edilir, vəziyyəti ağır qiymətləndirilir”.

0.14627695083618