Dünyada koronavirusa yoluxanların sayı 5,5 milyonu keçdi - STATİSTİKA

 

 

Dünyada 5 502 512 nəfər koronavirusa yoluxub.

Bu barədə paralel.az-ın qeyd edilir.

Virusa yoluxan 346 761 nəfərin öldüyü, 2 302 447 nəfərin sağaldığı bildirilir.

Ölkələr arasında koronavirusa ən çox yoluxma (1 686 436), ölüm (99 300 nəfər) və sağalma (451 702 nəfər) ABŞ-da müşahidə olunur.

Azərbaycanın sərhəd qonşusu olan Rusiya 344 481 yoluxma ilə üçüncü sırada qərarlaşıb. Bu ölkədə koronavirusdan 3 541 nəfər ölüb, 113 299 nəfər sağalıb.

Türkiyə dünya dövlətləri arasında 156 827 yoluxma ilə doqquzuncu, İran 135 701 yoluxma ilə 11-ci sıradadır.

Ermənistanda koronavirus 6 661, Gürcüstanda 730 nəfərdə aşkar edilib.

Həmsərhəd qonşularımız arasında virusdan ən çox ölüm faktı Türkiyədə (118 694 nəfər) qeydə alınıb.

Ölkəmizdə koronavirusa indiyə qədər 4 122 nəfər yoluxub. Virusdan 49 nəfər ölüb, 2 607nəfər sağalıb.

0.13822984695435