“Ramazan - Vəhdət və Mərhəmət Bayramı” adlı onlayn konfrans keçirilib

23 may 2020-ci il tarixində Azərbaycan Respublikasının Gənclər Fondu, Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutunun birgə təşəbbüsü ilə insanları saflıq, şəfqət, birlik və bərabərliyə dəvət edən Ramazan ayında “Ramazan - Vəhdət və Mərhəmət Bayramı” adlı onlayn konfrans keçirilib.

Azərbaycan Respublikasının Gənclər Fondunun onlayn platforması üzərindən canlı yayımlanan konfransda, ictimai fəal gənclər, könüllülük təşkilat və hərəkatlarının nümayəndələri iştirak ediblər. 500-dən çox gəncin qatıldığı onlayn konfransda mövzu ilə əlaqəli ekspert və mütəxəssislərin fikirləri dinlənilib və müzakirələr aparılıb. Builki Ramazan ayının dünyada yeni növ koronavirus pandemiyasının tüğyan etdiyi dövrə təsadüf etdiyi qeyd edilərək, Azərbaycan Respublikasının Prezidenti və Birinci vitse-prezidentinin çağırışına və xalqımızın çoxəsrlik ənənələrinə uyğun olaraq, vətəndaşlarımızın birlik, həmrəylik, mərhəmət, qayğıkeşlik və çətin anda səfərbər olma sınağından uğurla keçdiyi vurğulanıb.

Konfransda, həmçinin, izləyicilərlə virtual ünsiyyət imkanları yaradılaraq, gənclərin sualları cavablandırılıb.

0.10783886909485