Niyə Şuşanı vura bilmədik?

Bizə kim maneə oldu?

 Mayın 21-də  Şuşada qondarma "Dağlıq Qarabağ Respublikası"nın şaxta prezidenti üçün keçirdiyi inaqurasiya insanlarımızı hədsiz qəzəbləndirib. Qəzəbin hədəfi ikidir. Bunlardan biri torpağımızı işğal edib orada bildiyini işlədən düşmən ermənilərdir, digər hədəf isə ermənilərin və onlara arxa duranlarln nazı ilə oturub-duran ölkə iqtidarıdır.

Sosial şəbəkələrdə yayılmış gözəl, səmimi, vətən heysiyyatı ilə xeyli çıxışlara, düşmənə qarşı qəzəb və nifrət püskürən çox sayda status və rəylərə rast gəldim. Doğru deyirlər, nəyin bahasına olursa- olsun, Şuşa vurulmalı idi! Cırtdan, riyakar erməninin, böyük türkün Şuşa mirvarisi üstünə yığışıb, işğal bayramını keçirməsini pozmalıydıq.

Amma nə yazıq ki, bu gün Şuşadakı riyakar düşmən tədbirini vura bilmədik!

Vura da bilmərik! Ona görə yox ki, gücümüz zəifdir. Ona görə yox ki, acizik, qorxağıq, qeyrətimiz yoxdur.. Və ya biz bunu guya istəmirik. Xeyr, keyfiyyət,  imkan, ruh bizdə kifayətdən də artıqdırr.

Gəlin, özümüzə qarşı bu qədər riyakar olmayaq, özümüzü aşağılamaq qədərində sağlam, real düşüncəsiz olmayaq!

Biz, Şuşanı vura bilmirik, bir tək ona görə ki, biz erməni ilə təkbətək, üzbəüz qala bilmirik. Bizi qoymurlar, imkan vermirlər, bəzi böyük və güclü "dost", qonşu dövlətlər. Əsil, real həqiqət budur..

Bizim Allahdan yeganə istəyimiz odur ki, o böyük, güclü, səbəbkar qonşuları ya çökdürsün, ya başlarını elə qatsın ki, biz erməni ilə üzbəüz, təkbətək qalaq. Buna da az qalıb, artıq o proses gedir.

Əminəm ki, sonda qələbə bizim olacaq! Ədalət, nəhayət, zəfər çalacaq, ermənilər qarşımızda diz çöküb yalvaracaqlar, rusların əli ilə işğal etdikləri torpaqlarımızı buraxıb, hələ 300 il bundan öncə Avropanı və dünyanı fahişələri ilə "işğal edib" ələ keçirən ermənilər bu dəfə ölkəmizdən rədd olub gedəcəklər! Əbədi olaraq tarixin zibilliyinə atılacaqlar. Adlarını dəyişib Azərbaycanda hazırda hakimiyyətə soxulmuş, hər gün xalqa zülm etmək üçün hər cür çirkin əməllərlə məşğul olan erməni törtöküntüləri də onların arxasınca rədd olub gedəcəklər!

Erməninin Türkün qarşısında dayanacaq heç bir gücü, ləyaqəti, şərəfi indiyədək olmayıb və bundan sonra da olmayacaq, əmin olun!

 Mahir Abbaszadə

0.35424780845642