Qusarda 65 yaşlı qadın intihar etdi

 

 

Qusarda intihar hadisəsi baş verib.

paralel.az xəbər verir ki, hadisə rayonun Zindanmuruqqışlaq kəndində qeydə alınıb.

Kənd sakini, 1955-ci il təvəllüdlü Mahiyə Eldarova özünü yaşadığı evin həyətində yerləşən anbarda asıb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Dursun Tağıyeva

0.090847015380859