Multikulturalizmin və tolerantlığın olmadığı məkanda, faşizm ideyaları özünə yer tapır

İlham Əliyev: "Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlaşdırılmasına yer yoxdur"

Hələ bir neçə il əvvəl bəzi Qərb dövlətlərinin multikulturalizmin iflasa uğraması iddiaları ilə razılaşmayan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, onlara qətiyyətlə belə cavab vermişdir:" Multikulturalizmin alternativi yoxdur. Multikulturalizmin alternativi islamafobiyadır, antisemitizmdir, terrordur, insan qırğınlarıdır, faciələrdir".    

Dünya tarixində baş verən qanlı hadisələri, ələlxüsus da müharibələri, dini və milli qarşıdurmaları təhlil etdikcə, dövlət başçımızın nə dərəcədə haqlı olduğunun bir daha şahidi oluruq. Çünki Azərbaycan da, müasir dövrümüzdə erməni separatçılarının millətçilik zəminində törətdiyi qırğın və terrora məruz qaldı.  

Tarixin bütün dövrlərində özünün başqalarına qarşı dözümlü, tolerant münasibəti ilə seçilən Azərbaycanın erməni faşist -quldurlarının etnik-milli və torpaq iddiaları ilə münaqişəyə cəlb etməsi, təkcə azərbaycanlılara yox, burada yaşayan bütün xalqlara  arxadan vurulan zərbə oldu. Azərbaycanda, rus-sovet himayədarlığı sayəsində, hətta azərbaycanlılardan və burada yaşayan digər etnik azlıqlardan fərqli olaraq daha yüksək imtiyazlar əldə edən ermənilər, xalqımızın bu tolerantlığından qudurdular və öz mənfur xislətlərini gizlədə bilmədilər. Bununla da, müstəqillik pərdəsi altında, türklərə, azarbaycanlılara, ümumiyyətlə müsalmanlara nifrətlərin açıq şəkildə ortaya qoydular. Azərbaycanın Xocalı şəhərində törətdikləri vəhşiliklər isə bütün dünyanı şoka saldı. Lakin çox təəssüflər olsun ki, ermənilərin bu vəhşiliyinə heç bir hüquqi qiymət verilmədi. Bəzi dövlətlərin-məhz o dövlətlərin ki, onlar bu gün multikulturalizmin iflasa uğradığını iddia edirlər- himayədarlığı ilə öz çirkin əməllərini bu gün də davam etdirirlər.  Xocalıda baş verən soyqırımın ancaq və ancaq faşistlərin sovet xalqına, o cümlədən Avropada və digər ölkələrdə yaşayan yəhudilərə qarşı törətdikləri qətliamla müqayisə etmək olar. Yəhudiləri yer üzündən yox etməyi qarşısına məqsəd qoyan faşist almaniyası, bu gün də müxtəlif yollarla bu ölkədə məskunlaşan müsəlmanlara qarşı səlib yürüşünə keçib sanki. Bu proses dayandırılmazsa və Avropada multikulturalizm və tolerantlıq mühiti bərqərar olmazsa, bunun çox ağır nəticələri ola bilər. Bunu onların özləri də anlamamış deyillər.

Bu gün bütün dünyanı təhdid altında saxlayan koronavirus pondemiyası da, bunu bir daha sübüt etdi. Və bütün dünyaya bəyan etdi ki, qloballaşan dünyamızda heç bir dövlət ayrılıqda öz mövcudluğunu qoruya bilməz. Burada bir daha Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin: "Biz birlikdə güclüyük" konsepsiyasını xatırlatmaq yerinə düşər.  

Çünki, bütün dünya, bəşər üçün yaranan hər hansı bir təhlükənin qarşısının alınmasında birgə fəaliyyət göstərməlidir. Bu gün bu təhlükə koronavirus pondemiyasıdırsa, sabah bu terrordur, islamafobiyadır, ksenofobiyadır, antisemitizimdir, milli və dini qarşıdırmalardır, insan faciələridir. Əslində, bunların arasında elə bir fərq də yoxdur, çünki hər iki halda insan həyatına qəsd olunur.

Bu məqamda bir şeyi xatırlatmaq yerinə düşər ki, bir neçə gün əvvəl dünya birliyi faşizm üzərində Böyük Qələbənin 75 illiyini ağır pandemiya şəraitində də olsa, böyük sayğı ilə andı. Çünki bizim hamımızı ortaq keçmişimiz birləşdirir və biz müharibə illərində babalarımızın, ulu babalarımızın şücaəti, qəhrəmanlığı və faşizmə qarşı barışmaz mövqeyi sayəsində müasir dünyamızı qura bilmişik və çalışmalıyıq ki, onların bizim üçün qoyub getdikləri ideyalara layiq olaq.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qut da İsraildə nəşr olunan nüfuzlu "Israel HaYom" qəzetində dərc etdirdiyi məqaləsində, məhz bu məsələyə geniş yer ayırıb.

Müharibənin dəhşətləri, yəhudi xalqının məruz qaldığı soyqırımı barədə hələ uşaq ikən babasından eşitdiklərini çox yaxşı xatırladığını deyən Arye Qut İsrail sakini və sovet ordusu zabitinin nəvəsi kimi öz babasına görə qürur duyduğunu yazır:"Babam qələbələrlə yanaşı, yəhudi xalqı üçün dəhşətli, dözülməz faciə olan Holokost soyqırımını da görüb. Həmin soyqırımında babam müasir Ukrayna ərazisində ailəsini, bütün doğmalarını itirib. O isə yalnız, cəbhədə olduğuna görə sağ qalıb. Babam o zaman öz Vətənini müdafiə edib, amma doğmalarını müdafiə edə bilməyib. Vəhşiləşmiş, qəddar faşist rejimi tərəfindən yəhudi xalqının kütləvi məhv edilməsi ürəkağrısı, iztirab, alçaldılma, təhqir olunma deməkdir".

Arye Qut məqaləsində qeyd edir ki, bu qəribə əhvalat isə bir müddət bundan əvvəl baş verib. Belə ki, Ermənistanın indiki baş naziri "Facebook" şəbəkəsində 9 May qələbə gunu ərəfəsində öz babası Nikol Paşinyanın fotoşəklini paylaşıb və belə bir post yazıb: "Nikol Paşinyan, 1913-1943. 138-ci atıcı diviziyanın 554-cü atıcı alayında xidmət edib. Vətən uğrunda həlak olanlara əbədi eşq olsun".

Bu post  bir çoxlarının, eləcə də İsrailli ekspertin təəccübünə səbəb olub. Çünki  Ermənistanın baş naziri Nikol Paşinyanın babası Nikol Paşinyan İkinci Dünya müharibəsi illərində faşistlər və nasistlərlə əməkdaşlıq etmiş kollaborasionist olduğu, artıq təsdiqini tapmış bir fakt idi.

 Rusiyanın nüfuzlü "Politnaviqator" qəzeti yazır ki, Nikol Paşinyan babasının necə bir "qəhrəman" olduğunu çox gözəl bilir. Bunu sübut edən, həm də onun MDB-nin zirvə toplantısında "Ermənistanan milli qəhrəmanı" Qaregin Njdeni müdafiə etməsidir. Həmin görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin ciddi iradları ilə üzləşən Nikol Paşinyan faşist Njdeni sovet dissidenti Soljenitsınlə müqayisə etməyə çalışarkən fiaskoya uğrayıb. İlham Əliyev deyib: "Əvvəlki iqtidar Yerevanın mərkəzində faşist cəllad və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoydu. Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti bu heykəli götürmədi. Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlaşdırılmasına yer yoxdur".

"Politnaviqator" həm də Rusiya Müdafiə Nazirliyinin "Memorial" cəmiyyəti tərəfindən yaradılan www.obd-memorial.ru saytına istinadən qeyd edir ki, belə bir şəxs Böyük Vətən Müharibəsi dövründə həlak olan vətəndaşların siyahısında var. Lakin o, könüllü olaraq nasistlərə xidmət edib və 1943-cü ildə Qərbi Ukrayna ərazisində öldürülüb. Onun satqınlığını sübüt edən fotolar da var. 

Rusiya nəşri qeyd edir ki, Paşinyan tərəfdarları əvvəl bu məlumatların Azərbaycan saytları tərəfindən yayıldığını iddia edərək zərərsizləşdirməyə çalışıblar. Sonradan məlum olub ki, xəbərin ilkin mənbəyi, məhz ermənilərə məxsus "iravunk.com" saytıdır.

Prezident İlham Əliyevin sammitdəki çıxışına münasibət bildirən Beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut məqaləsində yazır: "Hesab edirəm ki, İlham Əliyev öz ölkəsinin əsl lideri kimi hərəkət edib. O, bütün MDB ölkələrinin prezidentləri arasında birinci olaraq Ermənistanın baş nazirinin üzünə dedi ki, onun ölkəsi artıq neçə illərdir faşist və antisemit Qaregin Njdenin qəhrəmanlaşdırılması ilə məşğuldur".

Məlumdur ki, xalqların öz tarixini, tarixi keçmişini şərh etmək və öz milli qəhrəmanlarının xatirəsini əbədiləşdirmək kimi suveren hüquqlarına heç kəs müdaxilə etmir. Bununla bağlı Arye Qut yazır:"Prezident İlham Əliyev MDB-nin Zirvə görüşündə əsl həqiqəti deməyi bacardığı kimi, biz də susmamalıyıq. Dəhşətli Holokost cinayətlərində əli olan insanlar milli qəhrəmanlara çevriləndə biz də etiraz etməliyik. Erməni faşist və antisemit general Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi biabırçılıq və Holokost qurbanlarının xatirəsinin təhqir edilməsi deməkdir"...

Arye Qut daha sonra yazır: "Ermənistanda faşizmin, antisemitizmin və neonasizmin populyarlaşdırılması artıq dövlət siyasətinin tərkib hissəsinə çevrilib. Ən dəhşətlisi, ən hiddətləndiricisi odur ki, "Njdeizm" adlı faşist ideologiyası tədris müəssisələrinin proqramına daxil edilib və gənc nəsil bu "dəyərlər" ruhunda tərbiyə olunurlar".

İsrailli ekspert məqaləsində qeyd edir ki, faşist və antisemit general Qaregin Njdenin heykəlinin açılış mərasimində Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın və keçmiş müdafiə naziri Seyran Ohanyanın iştirak etməsi və üstəlik, Ermənistanın indiki baş naziri Paşinyanın Qələbə günündə öz faşist-kollaborasionist babasının fotoşəklini paylaşması bir daha təsdiq edir ki, Ermənistanın istər keçmiş, istərsə də indiki liderləri özlərini erməni faşist və antisemit Njdenin əsl və həqiqi varisləri hesab edirlər.

Və sonda sual edir:"Bütün bunları bildiyimiz halda, müasir Ermənistanda erməni faşist və antisemitin təriflənərək milli qəhrəman dərəcəsinə çatdırılmasına laqeyd yanaşmaq olarmı?"

Bu gün Ermənistanın həyata keçirdiyi bu siyasəti ləng təsir edən bomba adlandırmaq olar, çünki bu ideologiya əsasında böyüyən gənclər gələcəkdə faşizm və terrorizm əməllərini davam etdirəcək potensial qüvvədir.

Bütün qeyd olunanlar belə bir nəticəyə gəlməyə əsas verir ki, multikulturalizmin və tolerantlığın mövcud olmadığı bir yerdə heç şübhəsiz ki, faşizm ideyaları özünə yer tapacaq. Tarixi boyu başqalarının himayəsində yaşayan, qul, kölə xislətinə malik ermənilər də rusiyanın havadarlığı ilə qədim Azərbaycan torpaqlarında özlərinə monoetnik bir dövlət yaratdılar və bu dövlət hazırda bəşəriyyət üçün təhlükə olan faşizm ideologiyası ilə idarə olunur. Tarixin müxtəlif dönəmlərində yaşamış dahi şəxsiyyətlərin ermənilər barədə söylədikləri fikirlər də onu sübüt edir ki, ermənilər heç zaman tolerant olmayıblar və ola da bilməzlər. Bunu onları himayə edən rusiyanın və bəzi Qərb dövlətlərinin də bilməsi,  pis olmazdı. 

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.11678004264832