Yusif Seyid - 65

Mayın 20-si "Paralel" qəzetinin ağsaqqal əməkdaşlarından biri, tanınmış jurnalist, etibarlı və səmimi insan, nümunəvi ailə başçısı Yusif Seyidin 65 yaşı tamam olur. Bu münasibətlə qələm dostları və "Paralel" qəzetinin yaradıcı kollektivi Yusif bəyi səmimi qəlbdən təbrik edir, ona uzun ömür, cansağlığı, şəxsi həyatında xoşbəxtlik və yeni yaradıcılıq uğurları arzulayır.

Artıq Yusif bəy təqaüd yaşına çatsa da, lakin hələ qəlbən cavan, ruhən yaradıcılıq həvəsi yüksək olan jurnalistdir.

Ona görə də "Paralel" qəzetinin kollektivi, eləcə də başqa mətbu orqanlarda çalışan qələm dostları bundan sonra da Yusif Seyiddən daha böyük yaradıcılıq uğurları gözləyir.

Hörmətli Yusif bəy, bir daha sizi ad günü - 65 illik yubleyiniz münasibətilə səmimi qəlbdən təbrik edirik!

Allah yar və yardımçınız olsun! Amin!

0.269535779953