Bakıda mənzildə meyit tapıldı

 

 

Bakıda mənzildə 71 yaşlı kişinin meyiti tapılıb.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı şəhəri, Nəsimi rayonunda bir nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1949-cu il təvəllüdlü Ağayev Natiq İsrafil oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

0.11856198310852