Qubada yelləncəyin ipi boğazına dolaşan yeniyetmə ölüb

 

 

Qubada 13 yaşlı oğlan faciəli şəkildə ölüb.

Report-un xəbərinə görə, rayon sakini, 2007-ci il təvəllüdlü Etibar Novruzovun boğazına həyətdəki yelləncəyin ipi dolaşıb.

Nəticədə, E.Novruzov hadisə yerində boğularaq ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

0.10864496231079