Ağdaşda kişi sevdiyi qıza görə biləyini kəsdi

Ağdaş sakini kəsici alətlə özünə xəsarət yetirib. 

APA xəbər verir ki, hadisə şəxsi motivdə baş verib. 

İlkin məlumata görə, sevdiyi şəxslə aralarında olan münasibət zəminində 1991-ci il təvəllüdlü rayon sakini Əliyev Rahim Qadir oğlu özünə kəsici alətlə xəsarət yetirib. O, sol biləyini kəsib. 

Mingəçevir Şəhər Xəstəxanasına gətirilən yaralıya lazımi tibbi yardım göstərilib. 

Faktla bağlı araşdırma aparılır.

0.12908101081848