Azərbaycanda inflyasiya gözləniləndən aşağıdır - Rəsmi

 

 

“Bu ilin dörd ayının nəticəsinə əsasən, orta inflyasiya 3 faiz təşkil edib. Bu da Mərkəzi Bank və hökumətin hədəfindən aşağıdır”.

paralel.az-ın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib.

Baş bankir qeyd edib ki, inflyasiyanın ilin sonuna kimi hədəf çərçivəsində olması proqnozlaşdırılır:

“Valyuta bazarında vəziyyət stabilləşib. Biz makroiqtisadi sabitlik, inflyasiya, məşğulluğa dəstəklə bağlı balanslı mövqe tutmağa çalışırıq”.

“Azərbaycan manatının məzənnəsi sabitdir. Bütövlükdə, təşviş dövründə təzyiqlər tam aradan qaldırılıb”, - deyə o qeyd edib.

İlhamə Əbülfət

0.14128017425537